Bakı. Trend:
Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 7 aprel tarixində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq hava xəttində aparılacaq təmir işləri və yeni Transformator Məntəqəsinin quraşdırılması səbəbilə Sulutəpə və Xocəsən qəsəbələrində saat 11:00-dan 16:00-dək elektrik verilişində məhdudiyyətlər olacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.