...

Mançester derbisində qol vurulmayıb, “Liverpul” məğlub olub - İngiltərə Premyer Liqası

İdman Materials 6 Aprel 2025 21:41 (UTC +04:00)
Mançester derbisində qol vurulmayıb, “Liverpul” məğlub olub - İngiltərə Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turun oyunları davam edir.

Trend-in məlumatına görə, turun mərkəzi görüşü bu gün Mançesterdə baş tutub. Derbidə iki əzəli rəqib - "Mançester Yunayted" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. "Qırmızı şeytanlar"ın meydanında oynanılan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Hazırda "şəhərlilər" 52 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 13-cü sırada yer alıb.

Çempionatın vahid lideri "Liverpul" (73 xal) səfərdə "Fulhem"ə 2:3 hesabı ilə uduzub. Bundan başqa, "Tottenhem" öz meydanında "Sauthempton"u 3:1 hesabı ilə məğlub edib, "Brentford" - "Çelsi" matçında isə qapılara qol vurulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti