...

Azərbaycanın sərbəst güləşçiləri Gimnaziadada 10 medal qazandılar (FOTO) (YENİLƏNİB)

İdman Materials 6 Aprel 2025 19:35 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçiləri Gimnaziadada 10 medal  qazandılar (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışla yadda qalıb.

Trend xəbər verir ki, güləşçilərimiz yarışları ümumilikdə 10 medalla başa vurublar.

Son görüşlərdə Xəyal Şükürlü (68 kiloqram), Elvin Nəcəfzadə (75 kiloqram) və Tural Eynullayev (85 kiloqram) bürünc medallar qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram), İbrahim Həsənov (44 kiloqram) qızıl, Hüseyn Rzazadə (41 kiloqram), Fərid Hüseynli (52 kiloqram), Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov isə (57 kiloqram) bürünc medallara yiyələniblər.

XXX

18:05

Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışını davam etdirir.

Trend xəbər verir ki, təmsilçilərimizdən Fərid Hüseynli (52 kiloqram) və Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov (57 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) və İbrahim Həsənov (44 kiloqram) qızıl medallar, Hüseyn Rzazadə isə gümüş medal (41 kiloqram) əldə etmişdi. Bu nəticələr Azərbaycanın güləşçilərinin yüksək səviyyəli performansını nümayiş etdirir.

XXX

17:36

Serbiyanın Luçani şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Trend xəbər verir ki, hal-hazırda Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

38 kiloqram çəki dərəcəsində mübarizə aparan Elman İsmayılov və 44 kiloqram çəki dərəcəsində yarışan İbrahim Həsənov qızıl medal əldə ediblər. 41 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Rzazadə isə gümüş medal qazanıb.

Əvvəlki mərhələlərdə isə Azərbaycan komandası Gimnaziadada qılıncoynatmanın sablya növündə bir bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti