...

Myanmada zəlzələ qurbanlarının sayı 3 564 nəfərə çatdı

Dünya xəbərləri Materials 6 Aprel 2025 19:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmada baş verən güclü zəlzələnin fəsadları ağır şəkildə davam edir.

Trend xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) yaydığı məlumata görə, təhlükəli təbii fəlakət nəticəsində həlak olanların sayı 3 564 nəfərə yüksəlib.

Zəlzələ nəticəsində daha 4 671 nəfər yaralanıb, 214 nəfər isə itkin düşmüş hesab olunur.

Yerli və beynəlxalq axtarış-xilasetmə qrupları indiyədək 653 nəfəri sağ vəziyyətdə xilas edib, 682 nəfərin nəşi dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, zəlzələ 28 mart tarixində baş verib. Myanmanın Meteorologiya Departamenti yeraltı təkanların gücünü 8.2 bal olaraq qiymətləndirib. Fəlakətin təsiri Tailand, Çin və Vyetnamda da hiss olunub.

Xəbər lenti

Xəbər lenti