Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının XXIX turu çərçivəsində iki maraqlı qarşılaşma keçiriləcək.
Trend xəbər verir ki, turun mərkəzi oyunu “Qarabağ” və “Zirə” komandaları arasında olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək. Ağdam təmsilçisi 67 xalla turnir cədvəlinin lideridir, 55 xalı olan “Zirə” isə ikinci pillədə qərarlaşıb.
Turun digər oyununda “Sabah” komandası “Kəpəz”i qəbul edəcək. Görüş saat 17:00-da “Bank Respublika Arena”da başlayacaq. Hazırda “Sabah” 36 xalla beşinci, “Kəpəz” isə 24 xalla doqquzuncu yerdədir.