...

ABŞ-də daşqınlar 16 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 6 Aprel 2025 09:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin mərkəzində baş verən güclü daşqınlar nəticəsində azı 16 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.

Fırtına Proqnoz Mərkəzinin açıqlamasına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər uzanan ərazidə təxminən 41 milyon insan təbii fəlakət riski altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqın təhlükəsi ilə bağlı ən yüksək – 4-cü səviyyəli xəbərdarlıq elan olunub.

Güclü yağışlar səbəbindən təcili evakuasiyalar həyata keçirilib, bir sıra yollar bağlanıb. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikib, genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti