...

Kinşasada leysan və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər ölüb

Dünya xəbərləri Materials 6 Aprel 2025 18:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada son iki gündə davam edən güclü leysan yağışları ciddi fəsadlara yol açıb.

Trend xəbər verir ki, Kinşasa əyalətinin səhiyyə departamentinin rəhbəri Patrisian Qonqo Abakazinin verdiyi məlumata görə, yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələri azı 30 nəfərin ölümünə səbəb olub.

"Agence France-Presse" Abakazinin sözlərindən sitat gətirir: "30 ölüm qeydə alınıb. Yaralıların və zərərçəkənlərin sayı isə olduqca çoxdur." Qeyd edək ki, ilkin məlumatlarda 10 nəfərin öldüyü bildirilmişdi.

Aprelin 5-nə keçən gecə yağan intensiv yağışlar nəticəsində N’Cili çayının səviyyəsi qalxaraq daşqınlara səbəb olub, Kinşasanın bir sıra ərazilərini su basıb. Bəzi yerlərdə torpaq sürüşməsi nəticəsində binalar uçub, şəhərin infrastrukturu ciddi ziyan görüb.

Xatırladaq ki, Kinşasanın əhalisi 18 milyona yaxındır. N’Cili çayı şəhərin inzibati sərhədləri daxilində Konqo çayına tökülür.

Xəbər lenti

Xəbər lenti