...

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL

İqtisadiyyat Materials 5 Aprel 2025 10:43 (UTC +04:00)
Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə məlum olub ki, Azərbaycanın sığorta bazarı 17% böyüyüb.

Trend xəbər verir ki, həmçinin, sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-fevral ayları üzrə renkinqi və yığımlarının həcminə görə yanvar-fevral ayları üzrə renkinqi, sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-fevral ayları üzrə renkinqi və ödənişlərinin dinamikasına görə yanvar-fevral ayları üzrə renkinqi açıqlanıb.

Bunlarla yanaşı, Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər, əmlak sığortası üzrə yığımlar və ödənişlər, həyat sığortası üzrə yığımlar və ödənişlər, həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artıb. Mülki məsuliyyətin sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb. Qeyri-həyat sığortası üzrə isə yığımlar artıb, ödənişlər azalıb.

O cümlədən, Azərbaycanda kiçik sahibkarlığa verilən kreditlərin həcmi azalıb, iri sahibkarlığa bir ayda 77 milyon manat kredit verilib, fevralda orta sahibkarlığa 83 milyon manat kredit verilib, mikrosahibkarlığa verilən kreditlər bir ayda 40 milyon manat azalıb.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19%-dən çox artıb. Son iki ayda Azərbaycanda neft-qaz sektorunaqeyri-neft-qaz sektoruna investisiya qoyuluşunun həcmi məlum olub. Ticarət və xidmət sektoruna kredit qoyuluşları artıb. Mədənçıxarma sektoruna verilən kreditlər bir ayda 30 milyon manatdan çox azalıb. Daşınmaz əmlak sektoruna kredit qoyuluşları azalıb. Sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb. İnşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi bəlli olub. Kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi cüzi artıb. Bir ayda nəqliyyat sektoruna 2,5 milyon manat biznes krediti verilib. Fevralda informasiya və rabitə sektoruna verilən biznes kreditlərinin həcmi açıqlanıb.

Eyni zamanda, keçən həftə məlum olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5%-dən çox azalıb. Azərbaycanda pul bazası 8%-dən çox artıb. Manatla və xarici valyuta ilə verilmiş kreditlər bahalaşıb. Kommersiya banklarının manatla və xarici valyuta ilə depozitləri artıb. Bu il bankların kredit satışı 6 dəfəyə yaxın azalıb.

Fevralda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb. Kredit təşkilatlarının xarici valyuta ilə müqayisədə manatla müddətli kredit qoyuluşu artıb. Manatla pul kütləsinin həcmi açıqlanıb. Manatın dövretmə sürəti azalıb. Manatın nominal və real effektiv məzənnəsi illik ifadədə artıb. Fevralda bankların qeyri-işlək kreditlərinin həcmi artıb.

Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıb. Problemli kreditlər artıb. Bank sektorunun xarici öhdəlikləri artıb. AMB-nin bank və BOKT-lara xalis tələbləri artıb. Azərbaycandan xaricə pul köçürmələri 16% azalıb. Xaricdən Azərbaycana pul köçürmələri 35%-ə yaxın azalıb.

Keçən həftə açıqlanan məlumatlara görə, Azərbaycanda ödəniş kartlarının sayı 20 milyonu ötüb. Fevralda kredit kartları ilə aparılan əməliyyatların həcmi 800 milyon manata yaxınlaşıb. Bir ayda debet kartları ilə aparılan əməliyyatların həcmi 10 milyard manatı ötüb. Fevralda POS-terminallarla nağdsız ödənişlərin həcmi 21 milyon manat artıb.

Regionlar üzrə kredit qoyuluşlarının həcmi açıqlanıb. Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb. Fevral ayında Bakıda verilmiş kreditlərin həcmi açıqlanıb.

Azərbaycanda bugünədək verilmiş ipoteka kreditlərinin sayı açıqlanıb. İlin əvvəlindən İKZF-nin vəsaiti hesabına 125 milyon manata yaxın ipoteka krediti verilib. Gömrük xətti ilə büdcə daxilolmaları 1 milyard manatı ötüb.

AMB Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair əməkdaşlıq imkanlarını müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti