...

Papa Fransisk xəstəlikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Dünya xəbərləri Materials 6 Aprel 2025 15:11 (UTC +04:00)
Papa Fransisk xəstəlikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətində yaranmış problemlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Trend xəbər verir ki, o, Vatikanın Müqəddəs Pyotr Meydanında aprelin 5-də keçirilən və dünyanın 90 ölkəsindən 20 mindən çox dindarın qatıldığı Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində iştirak edib.

Əlil arabasında izdiham qarşısına çıxan 88 yaşlı Papa Fransisk bildirib: “Xəstəlik həyatda ən çətin və ən ağır sınaqlardan biridir. Hətta bu anlarda Allah bizi tək qoymur və əgər biz özümüzü ona təslim etsək, gücümüzün tükəndiyi yerdə onun hüzurunun təsəllisini yaşaya bilərik”.

O, çıxışında tibb işçilərini təbrik edib və onlara qarşı yönəlmiş hücumları qınayıb.

Qeyd edək ki, Papa Fransisk fevralın 14-də “Gemelli” xəstəxanasına yerləşdirilmiş və ona polimikrob infeksiyası ilə yanaşı, ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. O, martın 23-də 38 günlük müalicədən sonra evə buraxılıb. Vatikan rəhbərinin səhhətinin yaxşılaşdığı bildirilib.

Xəbər lenti

Xəbər lenti