Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə +10 dərəcədən +12 dərəcəyədək, gündüz
+19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə
sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 %
olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli
yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +9 dərəcədən +14 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək, dağlarda gecə +5- dərəcədən +10 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.