...

Milli rəqsə ilk monumental əsər Şamaxıda! (FOTO)

Siyasət Materials 6 Aprel 2025 16:17 (UTC +04:00)
Milli rəqsə ilk monumental əsər Şamaxıda! (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tarixi Şamaxı şəhəri həm də müasir incəsənət məkanına çevrilməkdədir.

Trend xəbər verir ki, Şamaxıda başlanan “Public art” layihəsi üzrə şəhərin bir sıra ictimai yerlərində, parklarında müasir incəsənət əsərləri qurulmaqdadır.

Bunların sırasında Azərbaycanda milli rəqsə ilk monumental əsər də var. Əsər Şamaxının mərkəzi meydanında qurulur.

Aprel ayının sonunadək Şamaxıda bir sıra yeni əsərlər də istifadəyə veriləcək.

Qarşıdakı mövsümdə Şamaxı qonaqları yeni siması ilə qarşılayacaq. Son zamanlar şəhərdəki yeniliklərin ən diqqətçəkəni isə “Nəsimi bağları” və burdakı nəhəng Nəsimi heykəli olacaq.

Xəbər lenti

Xəbər lenti