Bakı. Trend:
"Əl-Hilal"ın 28 yaşlı futbolçusu Malkom yenidən Avropaya qayıda bilər.
Trend “The Mirror”a istinadən xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu braziliyalı vingeri transfer etmək niyyətindədir.
Lakin futbolçunun Səudiyyə Ərəbistanında aldığı yüksək maaş bu keçidin gerçəkləşməsinə maneə yaradır.
Malkom maaş məsələsində güzəştə getsə, “Aston Villa” yay transfer dönəmində onunla dərhal müqavilə bağlamağa hazırdır.
Qeyd edək ki, Malkom “Əl-Hilal”a 2023-cü ilin iyulunda transfer olunub və onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir. O, karyerası ərzində “Korintians”, “Bordo”, “Barselona” və “Zenit” kimi klublarda da çıxış edib. Futbolçunun Rusiya pasportu da mövcuddur.