...

"Atalanta"nın yarımmüdafiəçisi Ederson "Liverpul"un diqqətini çəkib

İdman Materials 6 Aprel 2025 17:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya "Atalanta" klubunun yarımmüdafiəçisi Ederson, "Liverpul"un marağını cəlb edib.

Trend "The Mirror" qəzetinə istinadən xəbər verir ki, İtaliya klubunun futbolçusunu satmağa hazır olduğu bildirilir. "Qırmızılar" 25 yaşlı braziliyalı futbolçu üçün 60 milyon avro təklif edib və tərəflər arasında razılıq əldə edilib.

Edersonun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, 2022-ci ilin iyulunda Berqamo klubuna qoşulub. Karyerası ərzində Ederson "Desportivo Brazil", "Kruzeyro", "Korintians", "Fortaleza", "Salernitana" kimi klublarda da oynayıb.

Xəbər lenti

Xəbər lenti