...

İsrail Macarıstanla silah istehsalı sahəsində əməkdaşlıqda maraqlıdır

Dünya xəbərləri Materials 6 Aprel 2025 17:58 (UTC +04:00)
İsrail Macarıstanla silah istehsalı sahəsində əməkdaşlıqda maraqlıdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu Macarıstana səfəri zamanı, iki ölkə arasında silah istehsalı sahəsində əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Trend xəbər verir ki, bu mövzu, Netanyahu və Macarıstanın baş naziri Viktor Orbanın görüşü əsnasında müzakirə edilib.

Netanyahu görüşdən sonra deyib: "Biz silah istehsalı sahəsində əməkdaşlığı müzakirə etdik. Yeddi cəbhədə müharibəni davam etdirmək və tam qələbəyə nail olmaq üçün onlara ehtiyacımız var."

Baş nazir səfərini ümumilikdə “çox vacib” adlandırıb, İsrail və Macarıstan arasında dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb. O, həmçinin Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəklədiyini qeyd edib. Netanyahu, Macarıstanın Avropa İttifaqında, BMT-də və Beynəlxalq Cinayət Məhkəməsində İsraili müdafiə etməsinin, xüsusilə də İsrail Müdafiə Qüvvələri (İDF) əsgərlərinə və komandirlərinə qarşı yönəlmiş korrupsiya məsələlərində vacib olduğunu əlavə edib.

Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxan ilk ölkə olmasının, İsrail üçün ciddi dəstək olduğunu vurğulayan Netanyahu, bu addımın gələcəyə ümid verən bir addım olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti