...

AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirdi (FOTO/VİDEO)

İdman Materials 6 Aprel 2025 11:45 (UTC +04:00)
AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirdi (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə səhər saatlarından başlayan “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü başa çatıb.

Trend xəbər verir ki, Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Çətinkeçilən yolları əhatə edən yürüş adrenalin dolu anlarla yadda qalıb.

Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, mütəmadi olaraq “Offroad” sahəsini də diqqətdə saxlayır, yolsuzluq avtomobilləri üzrə müxtəlif yürüş və yarışlara dəstək göstərir.

Yolsuzluq avtomobillərinin qatıldığı yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Yürüşdə Azərbaycan Avtomobil Federasiyasınün üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edib.

Xəbər lenti

Xəbər lenti