Bakı.Trend:
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3455 nəfərə çatıb, daha 4840 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, 214 nəfər itkin düşənlər siyahısındadır.
Xatırladaq ki, martın 28-də Myanmada ardıcıl iki güclü zəlzələ baş verib. Təbii fəlakət çoxsaylı insan itkiləri ilə yanaşı, genişmiqyaslı dağıntılara yol açıb.