...

Kanada parlamentindəki insident itkisiz başa çatıb

Dünya xəbərləri Materials 6 Aprel 2025 10:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada parlamentinin binasında baş verən insident nəticəsində heç bir tələfat qeydə alınmayıb, şübhəli şəxs isə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Ottava polisi X sosial şəbəkəsində yayımladığı rəsmi açıqlamada məlumat verib.

Naməlum şəxs parlament binasının şərq blokunda özünü barrikada quraraq orada gizlənib. Bu hal binada olan heyətin təxliyəsinə və Parlament Təhlükəsizlik Xidmətinin müdaxiləsinə səbəb olub.

Polisin bildirdiyinə görə, həmin şəxslə danışıqlar bir neçə saat davam edib. Lakin əməliyyatın detalları ictimaiyyətə açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir və əlavə məlumatın yaxın vaxtlarda paylaşılacağı gözlənilir. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti