Bakı. Trend:
Fransa Liqa 1-də 2024/2025 mövsümünün qalibi artıq müəyyənləşib.
Trend xəbər verir ki, Paris Sen-Jermen sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib.
28-ci turda öz meydanında "Anje" klubunu 1:0 hesabı ilə məğlub edən parislilər mövsüm ərzində 23 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və indiyədək məğlub olmayıb.
PSJ bu nəticə ilə klub tarixində 13-cü dəfə Fransa çempionu titulunu əldə edib. Komanda ardıcıl 4-cü mövsümdür ki, ölkə çempionatını qalib kimi tamamlayır.
19:00. PSJ - "Anje" - 1:0
21:00. "Brest" - "Monako" - 2:1
23:00. "Lion" - "Lill" - 2:1