Bakı. Trend:
Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilən Dünya Kuboku yarışlarında iştirak ediblər.
Trend xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qadınlar arasında keçirilən sprint yarışında 21 ölkədən olan 62 idmançı mübarizə aparıb. Azərbaycan təmsilçisi Nəzrin Qəribova bu mərhələdə 33-cü yeri tutub.
Kişilər arasında təşkil olunan analoji yarışda Seyid Sədrəddinov 75 iştirakçı arasında 67-ci yerdə qərarlaşıb.
Həmçinin, idmançılarımız qarışıq estafet növündə də qüvvələrini sınayıblar və 42 cütlük arasında 37-ci pillədə qərarlaşıblar.