...

Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər

Dünya xəbərləri Materials 6 Aprel 2025 06:42 (UTC +04:00)
Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər

Bakı. Trend:

Yəməndə üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizin şimalında ABŞ-nin təyyarədaşıyan Harri Truman və onun müşayiət edən gəmiləri raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurublar.

Trend xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yahya Sariya teleqram kanalında açıqlama yayıb.

Bundan əvvəl husilərin bir gündə üç dəfə ABŞ-nin təyyarədaşıyan Harri Truman və onun müşayiət edən gəmilərə hücum etdiyi bildirilirdi.

Xəbər lenti

Xəbər lenti