...

Pekin ABŞ-yə qarşı əlavə tədbirlər görməyə hazır olduğunu bəyan edib

Dünya xəbərləri Materials 6 Aprel 2025 09:38 (UTC +04:00)
Pekin ABŞ-yə qarşı əlavə tədbirlər görməyə hazır olduğunu bəyan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hakimiyyəti ABŞ-yə xəbərdarlıq edərək, öz maraqlarını qorumaq üçün əlavə tədbirlər görməyə hazır olduqlarını bildirib.

Trend xəbər verir ki, bu barədə Çin KİV-i məlumat yayıb.

“Çin artıq öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qətiyyətli addımlar atıb. Gələcəkdə də bu cür tədbirləri görməyə hazırdır”, – deyə ÇXR rəhbərliyinin bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanır ki, Çin gərginlik yaratmaq niyyətində deyil, eyni zamanda gərginliyin artmasından da çəkinmir. “Təzyiq və təhdidlər vasitəsilə Pekinlə münasibət qurmaq yalnış yanaşmadır”, – deyə Çin tərəfi bildirib.

Pekin əlavə edib ki, ABŞ ilə iqtisadi münasibətlər qarşılıqlı fayda prinsipi əsasında qurulmalıdır və bu səbəbdən Vaşinqton Pekinə qarşı tətbiq olunan tarifləri ləğv etməlidir.

Xəbər lenti

Xəbər lenti