Bakı. Trend:
12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.
Trend-in məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Qərara əsasən, 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında həmin oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalandırılıb, “Turan Tovuz” komandası 4000 manat cərimə edilib.
Bundan əlavə, sözügedən matçda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
Həmçinin, oyunda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.