...

Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib (FOTO)

İdman Materials 24 Aprel 2025 16:35 (UTC +04:00)
Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər.

AVF-dən Trend-ə verilən məlumata görə, federasiya nümayəndələri və qonaq Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə məzarı üzərinə gül dəstələri qoyulub.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb.

Xəbər lenti

Xəbər lenti