...

"Real Madrid" "Barselona" ilə İspaniya kuboku finalı qabağı məşqləri ləğv edib

İdman Materials 25 Aprel 2025 22:36 (UTC +04:00)
"Real Madrid" "Barselona" ilə İspaniya kuboku finalı qabağı məşqləri ləğv edib

Bakı. Trend:

"Real Madrid" futbol klubu "Barselona" ilə İspaniya kuboku finalı öncəsi məşq və mətbuat konfransını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Qeyd edək ki, final görüşü aprelin 26-da Sevilyada baş tutacaq.

Bundan əvvəl "Real Madrid"in klub televiziyası Burqos Benqoeçeanın final matçının baş hakimi təyin edilməsini tənqid edərək, Madrid komandasının rəqiblərinin xeyrinə hakimin bir sıra səhvlərinə işarə edən video yayımlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti