...

“Zirə” “Karvan-Yevlax”ı məğlub etdi - Misli Premyer Liqası

İdman Materials 14 Fevral 2026 19:34 (UTC +04:00)
“Zirə” “Karvan-Yevlax”ı məğlub etdi - Misli Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, günün ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.

Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb.

Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib.

XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti