Bakı. Maksim Tsurkov – Trend:
SOCAR səhmlərini IPO-ya çıxarmaq niyyətində deyil.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, SOCAR nə vaxtsa səhmlərini satışa çıxararsa, bu, IPO olmayacaq.
Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR-ın səhmlərini fond bazarına çıxarmağa hazır olduğunu bildirib: "Bunun üçün müəyyən tələblər - standartlara uyğunluq, korporativ idarəetmə, şəffaflıq - var. SOCAR-da bunun hamısı var".