...

“Günəşli” yatağındakı təhlükə aradan qaldırılıb

İqtisadiyyat Materials 27 Sentyabr 2016 09:55 (UTC +04:00)
“Günəşli” yatağının 19-cu özülündə ötən gün baş vermiş qaz təzahürünün qarşısı alınıb.
“Günəşli” yatağındakı təhlükə aradan qaldırılıb

Bakı. Trend:

“Günəşli” yatağının 19-cu özülündə ötən gün baş vermiş qaz təzahürünün qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə ötən gün 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti