Bakı. Trend:
“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2645 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1617-1612 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.