Bakı. Trend:
“Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3040-3005 metr intervaldan sutkalıq 40 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.