...

Niderland şirkətləri Azərbaycan iqtisadiyyatına 330 milyon manat investisiya yatırıb

İqtisadiyyat Materials 19 Oktyabr 2016 17:41 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Niderlandın Azərbaycandakı yeni səfiri Onno Kerversi qəbul edib.
Niderland şirkətləri Azərbaycan iqtisadiyyatına 330 milyon manat investisiya yatırıb

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Niderlandın Azərbaycandakı yeni səfiri Onno Kerversi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Niderland iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Ş.Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayıb, Niderlandla kənd təsərrüfatı, sənaye, nəqliyyat, ekologiya, təhsil və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, quşçuluq, gülçülük və tərəvəzçiliyin inkişafında Niderlandın təcrübəsindən istifadə etmək olar. Bildirilib ki, Niderland şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 330 mln. manat investisiya yatırılıb. Hazırda bu ölkənin şirkətləri Azərbaycanda dib dərinləşdirmə, göllərin bərpası, suyun təmizlənməsi və s. layihələrdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında və zonalarında əlverişli şərait yaradılıb və Niderland şırkətləri bu inkanlardan yararlana bilərlər.

Səfir O.Kerversi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək göstərəcəyini vurğulayıb. O.Kervers Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərdiyini qeyd edib, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti