...

"Neft Daşları"ında yeni quyu istismara verilib

İqtisadiyyat Materials 23 Noyabr 2016 12:51 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” yatağında yeni quyu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündə 2582 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2410-2395 metr intervaldan gündəlik 20 ton neft və 12000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti