...

"Günəşli" yatağındakı 302 nömrəli quyu istismara verilib

İqtisadiyyat Materials 14 Dekabr 2016 14:27 (UTC +04:00)
"Günəşli" yatağındakı 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli" yatağındakı 302 nömrəli quyu istismara verilib

Bakı. Trend:

"Günəşli" yatağındakı 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, ölkənin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti