...

“Neft Daşları” yatağında yeni quyu qazılır

İqtisadiyyat Materials 7 Fevral 2017 10:21 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 602A nömrəli özüldən 2667 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 602A nömrəli özüldən 2667 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1570 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti