...

Neft Daşları yatağında yeni quyu istismara verilib

İqtisadiyyat Materials 14 Fevral 2017 12:16 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançada 2685 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1145-1140 metr intervaldan sutkalıq 12 ton neft və 1600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti