...

"Neft Daşları" yatağında yeni quyu qazılır

İqtisadiyyat Materials 6 Mart 2017 11:51 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2689 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1430 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti