Bakı. Trend:
“Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündən 310 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2732-2713 metr intervaldan sutkalıq 104 ton neft və 18500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.