Bakı. Trend:
“Günəşli” yatağında iki həftə ərzində 19 nömrəli dərin dəniz özülündə 28 nömrəli quyu, 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu, 13 nömrəli dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyularda istismar işləri birliyin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.