...

"Neft Daşları" yatağında yeni quyu qazılır

İqtisadiyyat Materials 11 Aprel 2017 13:38 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli özüldən 2583 nömrəli quyunun qazma işləri davam etdirilir.
"Neft Daşları" yatağında yeni quyu qazılır

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 2585 nömrəli özüldən 2583 nömrəli quyunun qazma işləri davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2800 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft və 2000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti