...

"PAŞA Həyat" vəfat etmiş şəxsin banka olan 44 min manat borcunu ödəyib

İqtisadiyyat Materials 18 Aprel 2017 13:26 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat" vəfat etmiş şəxsin banka olan 44 min manat borcunu ödəyib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin banka olan 44 094 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 6 sığorta hadisəsinə görə ümumilikdə 125 572 manat həcmində sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti