...

ARDNF-nin büdcə gəlirləri 3 272,5 milyon manat olub (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2017 14:44 (UTC +04:00)
2017-ci ilin yanvar-mart aylan ərzində Azərbaycan Respublikast Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 272,5 milyon manat, büdcə xərcləri isə 3 847,5 milyon manat təşkil edib.
ARDNF-nin büdcə gəlirləri 3 272,5 milyon manat olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2017-ci ilin yanvar-mart aylan ərzində Azərbaycan Respublikast Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 272,5 milyon manat, büdcə xərcləri isə 3 847,5 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

2017-ci ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 899,1 milyon manat, о cümlədən mənfəət neftinin və qazın sattşından 2 894,4 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit golirlori 4,6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 milyon manata bərabər olub. Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdınlması ve sosial-məişət vəziyyətinin yaxşılaşdınlması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasma 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb. 2,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 279,0 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankma transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 873,9 milyon manat təşkil edib.

2017-ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dollan) nisbatən 0,18% artaraq 33 207,2 milyon ABŞ dollanna bərabər olub. Sözügedən artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) əhəmiyyetli müsbət təsir göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti