...

"PAŞA Həyat"ın "Ailəmin PAŞA Güvənliyi" məhsulu "AGBank" filiallarında

İqtisadiyyat Materials 12 May 2017 11:26 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində “AGBank”la əməkdaşlığa başlayıb.
"PAŞA Həyat"ın "Ailəmin PAŞA Güvənliyi" məhsulu "AGBank" filiallarında

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” şirkəti “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində “AGBank”la əməkdaşlığa başlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, “Ailəmin PAŞA Güvənliyi” (APG) geniş hədəf kütləsi üçün hazırlanmış fərdi həyat sığortası məhsuludur:

“Ölkədə fərdi həyat sığortası sahəsinin populyarlaşdırılması və müştərilər üçün əlçatan olmasını təmin etmək üçün “PAŞA Həyat” şirkəti tərəfdaş maliyyə təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan ölkənin ən tanınmış banklarından biri olan “AGBank”la əməkdaşlıq şirkətin bu istiqamətdə atdığı mühüm addımlardan biri hesab olunur. Artıq bu gündən etibarən istənilən şəxs “AGBank”ın Bakı şəhəri və regionlarda yerləşən istənilən filialından “Ailəmin PAŞA Güvənliyi” adlı məhsulu əldə edə biləcək”.

Qeyd edək ki, APG sığortası əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta məbləğinin həcmi müştərinin yaşı, sağlamlıq durumu, həyat tərzinin risklilik dərəcəsi və digər amillər əsasında xüsusi hesablama vasitəsilə təyin edilir.

Sığorta olunan şəxs sığorta haqqının ödənişini həm əvvəlcədən birdəfəlik, həm də aylıq və ya illik bərabər hissələrlə həyata keçirə bilər. Bundan başqa, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir.

APG məhsulu üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayinədən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.

Müştərilər sığorta haqqı məbləği üzrə ödənişlərini www.pasha-life.az saytında və ya www.e-pul.az, www.izim.az, www.kassam.az portalları vasitəsi ilə, eləcə də tərəfdaş-bankların filiallarında həyata keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti