...

"Neft Daşları"nda yeni quyu istismara verilib

İqtisadiyyat Materials 13 İyun 2017 12:03 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” nda yeni quyu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür.

Bu günlərdə “Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2666 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1442-1436 metr intervaldan sutkalıq 22 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti