...

Azərbaycan Beynəlxalq Bankından səhiyyə işçilərinə özəl kampaniya

İqtisadiyyat Materials 14 İyun 2017 10:23 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankından səhiyyə işçilərinə özəl komissiyasız və zaminsiz nağd pul krediti təklif edilir.
Azərbaycan Beynəlxalq Bankından səhiyyə işçilərinə özəl kampaniya

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankından səhiyyə işçilərinə özəl komissiyasız və zaminsiz nağd pul krediti təklif edilir.

Bankdan Trend-ə verilən məlumata görə, ölkədəki əksər səhiyyə işçilərinin bankı olan Azərbaycan Beynəlxalq Bankı 17 iyun Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə onlar üçün “İllərdir birlikdəyik!” şüarı altında özəl kampaniyaya başlayır. Əmək haqlarını bu bankın kartları ilə alan səhiyyə işçiləri keçirilən kampaniya çərçivəsində indi manatla nağd pul kreditini daha sərfəli şərtlərlə əldə edə bilərlər. Kampaniya 30 iyun tarixinədək keçərlidir.

Kampaniyanın özəllikləri:

Kreditin məbləği - 15.000 manatadək
Kreditin müddəti - 36 ayadək
İllik faiz dərəcəsi - 24%-dən başlayaraq
2000 manatadək ZAMİNSİZ
Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Bundan başqa, bankın Randevu xidmətinin (bankda əvvəlcədən görüş təyin etmə - növbəsiz xidmət) üstünlüklərindən faydalanmaqla filiallarda növbəsiz xidmət almaq mümkündür.

Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti