Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda 2017-ci il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 860,7 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub.
Qeyd edək ki, milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 21,0 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb