...

Bakıda təmirə dayanan yolda sabah hərəkət bərpa olunacaq

İqtisadiyyat Materials 19 Dekabr 2017 15:49 (UTC +04:00)
Bakıda təmir olunan yolda işlər yekunlaşmaq üzrədir.
Bakıda təmirə dayanan yolda sabah hərəkət bərpa olunacaq

Bakı. Samir Əli - Trend:

Bakıda təmir olunan yolda işlər yekunlaşmaq üzrədir.

Bunu Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O, bildirib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsi (metronun Azadlq stansiyası) təmir olunur.

Təmir işlərinin sabah tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan bir neçə gün öncə Şövkət Məmmədova küçəsi əsaslı şəkildə təmir olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti