...

“Audi” avtomobilləri geri çağırdı

İqtisadiyyat Materials 26 Dekabr 2017 23:22 (UTC +04:00)
“Volkswagen Group Rus” şirkəti Rusiyada 1800-dən çox “Audi” markalı avtomobili geri çağırıb
“Audi” avtomobilləri geri çağırdı

Bakı. Trend:

"Volkswagen Group Rus" şirkəti Rusiyada 1800-dən çox "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2011-2016-cı illər arasında Rusiyada satılmış A4, A5 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti