Bakı. Trend:
Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib.
Bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.
Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-ə hərəkət etməsi təmin olunacaq.