Bakı. Azad Həsənli - Trend:
2018-ci il yanvarın 22-dən Azərbaycana idxal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsi artırılıb.
Trend-in məlumatına görə, müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərar əsasən, tərkibində tütün olan siqarlar 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
Bundan başqa, səməni pivəsinin idxalı bir litr üçün 1,7 manat, üzüm şərabları - bir litr üçün 3,5 manat, şampan şərabları - bir litr üçün 5 manat, viski, araq, likör, romn idxalı bir litr üçün 10 manatadək artırılıb.