...

Kriptovalyuta bazarı "oynayır" - Bitkoin ucuzlaşır

İqtisadiyyat Materials 1 Mart 2018 11:26 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti ucuzlaşır.
Kriptovalyuta bazarı "oynayır" - Bitkoin ucuzlaşır

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti ucuzlaşır.

Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, martın ilk günü bitkoinin qiyməti 4,37% ucuzlaşaraq 10,465 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar - "Ethereum" 2,57% və ya 862,14 dollaradək, "Ripple" 4,3% (0,907 dollara qədər), "Bitcoin Cash" isə 3,15% (1,222 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 442,245 milyard dollar təşkil edir. Bu göstəricinin 40%-ə yaxını bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti