...

Qaradağda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir (FOTO)

İqtisadiyyat Materials 9 Aprel 2018 10:46 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.
Qaradağda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.

Rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, çoxmərtəbəli yaşayış evlərinin fasad və dam örtükləri yenilənir, mərkəzi küçələr, məhəllədaxili yollar əsaslı şəkildə yenidən qurulur, işıqlandırma sistemi müasirləşdirilir, park və meydançalarda müasir tələblər səviyyəsində təmir işləri aparılır, yeni abad məhəllələr salınır.

Bir neçə ildir ki, Qaradağ rayonunda “Abad məhəllə” layihəsi də bu məqsədlərə xidmət edir. Son illərdə bir çox ünvanda əsaslı və yenidənqurma işləri aparılaraq, nümunəvi məhəllələr yaradılıb. Bu il ərzində rayonun bir neçə ünvanında “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.

Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 37, 41 və H.Məmmədov 9 saylı binaların həyətində – 2 hektar ərazidə yeni nümunəvi məhəllənin açılış mərasimi olacaq. Xeyli müddət idi ki, bu məhəllənin sakinləri rayon icra hakimiyyətinə müraciətlər edir, ümumi istifadə yerlərinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt olunaraq, hasarlanmasından haqlı narazılıqlarını bildirirdilər. Rayon sakinlərinin müraciətləri araşdırılıb, qeyri-qanuni hasarlar sökülüb, abadlıq və təmizlik işlərinə start verilib. Məhəllədə 734 kv.m rezin örtüklü yumşaq döşəmə salınıb, 14 kölgəlik, 17 dəst trenajor idman avadanlığı, əyləncə elementləri yerləşdirilərək 8 uşaq meydançası quraşdırılıb, bundan əlavə, 6 ədəd oturacaq, 450 ədəddən artıq ağac və gül kolları əkilib.

Məhəllənin giriş hissəsində pilləkənlərin və hərəkət məhdudiyyətli sakinlər üçün pandusların quraşdırılması böyük rəğbətlə qarşılanıb. Bunlarla yanaşı, həmin əraziyə 680 kvadratmetr aqlay döşənib, 7 giriş qapısı dəyəşdirilib. 5112 kv.metr sahəyə qazon salınması, 600 ədəd ağacın, mövsümi güllərin əkilməsi, 512 kvadratmetr ölçüdə yeni futbol və basketbol meydançasının salınması məhəlləyə xüsusi yaraşıq verib.

Görülmüş işlər daxilində burada 6492 kv.metr sahəyə asfalt örtüyü salınıb, 1200 kv.metr tamet döşənib, 1140 p/metr beton səki daşları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti